31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya press-tur təşkil edilib
Şamaxı. Elvin Yaqubov-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxı rayonuna press-tur təşkil edib.APA-nın məlumatına görə tarixçilər, arxeoloqlar, eləcə də televiziya, qəzet, informasiya agentliyi və xəbər portallarını təmsil edən 50 nəfərdən ibarət nümayəndə heyəti əvvəlcə Qobustan rayonunun Acıdərə kəndi ərazisindəki şəhid türk zabitinin məzarını ziyarət edib. Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olublar. Sonra Şamaxının Şərədil, Saqiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart- 3 aprel tarixlərində ermənilərin törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətləri dinlənilib, insanların xüsusi amansızlıqla qətlə yetirildiyi yerlərə baxış keçirilib.




















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











