Tehran Universitetinin professoru: “Qara Yanvar- Azərbaycan Respublikasının müstəqilliyində dönüş nöqtəsi”
Tehran Universitetinin professoru, qafqazşünas alim Bəhram Əmirəhmədiyanın 20 Yanvar faciəsinin ildönümü münasibətilə qələmə aldığı “Qara Yanvar – Azərbaycan Respublikasının müstəqilliyində dönüş nöqtəsi” məqaləsi xəbər onlayn saytında dərc edilib. Bu məqalədə dr. Əmirəhmədiyan 20 Yanvar hadisəsinin nə üçün Azərbaycan xalqı üçün taleyüklü və milli kimliyin yenidən qazanıldığı bir gün olduğunu araşdırır.