HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi

soyqırım qurbanları

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Tsaxakronizm də faşist təlim idi

x6fbf514a7b3eee2d4443e9c4af4df51f.jpg.pagespeed.ic.bhPg6LdMe0

Mən Yer Kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm,  opdüm, təzim etdim – Tsexakrona çevrildim”.

Bu fikir Qaregin Njdeyə məxsusdur, o adama ki, bütün ömrü boyu türklərə qarşı vuruşub.  Həm savaş meydanında , həm də ideoloji cəbhədə.  Bütün həyatını Türkə və Türklüyə zərbə vurmağa xərcləyib. Bir hərəkat və bir də təlim yaradıb ki, bu işi  tarix boyu davam etdirsinlər. Davam etdirilirmi? Birmənalı şəkildə deyə bilərik ki, bəli! Bu gün Njde və onun təlimi erməni ideologiyasının Türklüyə mübarizə qaynağıdır.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi mənəvi genosid

Qarabag_ishgal_Selahettin Sevinin chekdiyi shekiller_2007_aprel_6

Yaxın Şərqin qapısı sayılan Odlar yurdu Azərbaycan bəşər sivilizasiyasının yarandığı ilk mərkəzlərdən biridir. Bunu arxeoloji qazıntılar zamanı aşkarlanmış çoxsaylı maddi mədəniyyət nümunələri təsdiqləyir. Tarixən Asiyanı Avropa ilə birləşdirən karvan-ticarət yolları, o cümlədən İpək yolu Azərbaycandan keçmişdir. Tutduğu geostrateji mövqeyə görə hər zaman dünya maraqlarının toqquşduğu məkan olmuşdur. Müxtəlif dövrlərdə bir çox  imperiyaların tərkibinə daxil olsa da, müəyyən vaxtlarda müstəqillik əldə etmiş və özünə məxsus mədəniyyətin yaradıcısı kimi millətlər arasında layiqli yerini tutmuşdur.

Prezident Kitabxanasının “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron nəşrinin rus versiyası istifadəyə verilib

soyq-14612282693084021189_1000x669

Ötən il dünya ermənilərinin uydurma “soyqırımı”nın 100 illiyini qeyd etdikləri ərəfədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron nəşr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının Azərbaycan və ingilis dillərində hazırladıqları həmin elektron nəşrin təqdimatı zamanı təklif edilmişdi ki, keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqların həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində erməni vandallarının tarixi-memarlıq abidələrimizə, qəbiristanlıqlara qarşı həyata keçirdikləri vandallıq aktları barədə ətraflı məlumat əldə etmələri üçün elektron nəşrin rus dilində də versiyası hazırlansın. Hazırda Kitabxananın əməkdaşları bu işi başa çatdıraraq elektron nəşrin rus dilində versiyasını http://www.armenianvandalism.az domeni vasitəsilə istifadəçilərə təqdim edib.