
Ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə keçirilən “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi oktyabrın 30-da başa çatıb.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimin bağlanış mərasimində əvvəlcə hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.
Mərasimdə çıxış edənlər Azərbaycan və BƏƏ-nin xüsusi təyinatlıları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, keçirilən birgə təlimin ölkələrin XTQ mənsubları arasında təcrübə mübadiləsi, döyüş hazırlığı səviyyəsinin artırılması və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, hədiyyə mübadiləsi həyata keçirilib.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










