HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Tarixi həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalıdır

quba-_1

Qloballaşma proseslərinin geniş vüsət aldığı müasir dövrdə xalqlar arasında əlaqələrin güclənməsi universal bəşəri dəyərlərə hörmətlə yanaşmağı tələb edir. Belə şəraitdə, Azərbaycanda olduğu kimi, humanitar əməkdaşlığın, sivilizasiyalararası dialoqun və multikulturalizm ənənələrinin təşviq edilməsi, milli və dini tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi zəruridir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Bu sahədə atılmalı olan ən mühüm addımlardan biri də tarixi yaddaşın təzələnməsi, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açılması, təhrif edilmiş tarixi hadisələrə obyektiv elmi qiymətin verilməsi ola bilər.

Nyu-Cersi ştatının Baş Assambleyası 1918-ci ildə azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü ilə bağlı qətnamə qəbul edib

new jersey

ABŞ-ın Nyu-Cersi ştatının Baş Assambleyası 2015-ci il 31 mart tarixinin azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü kimi müəyyən olunması ilə bağlı qətnamə qəbul edib. Qətnaməni Nyu-Cersi ştatı parlamentinin üzvü Şila Oliver təqdim edib. Assambleyanın sədri Vinsent Priyetonun imzaladığı sənəddə azərbaycanlıların soyqırımının 97-ci ildönümünün qeyd edildiyi bildirilir. Qətnamədə deyilir ki, 1918-ci ilin 31 mart hadisələri dünya tarixində ən çox pislənilən qanlı cinayətlərdən biridir.

Azərbaycanın dini icma liderləri 31 mart soyqırımının ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç ermənilər tərəfindən törədilən 31 mart soyqırımının ildönümü ilə bağlı dünya dini liderlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.