Şərqi Anadolu, Naxçıvan və İrəvanda ermənilərin törətdikləri soyqırımlar
(Başbakanlıq Osmanlı Arxivinin sənədləri əsasında. 1918-1920-ci illər)
1918-1920-ci illərdə ermənilərin Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı cinayətləri böyük güc mərkəzlərinin Azərbaycan, İran və Şərqi Anadolu torpaqlarında erməni dövləti yaratmaq üçün əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirdiyi məkrli siyasətinin qanlı nəticələrindən biridir. Bu soyqırımılarını sübut edən çox sayda qiymətli sənədlər hazırda Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (bundan sonra – BOA) qorunub saxlanılır.