HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri

Son iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar.

Naxçıvan və Şərur-Dərələyəzdə qırğınlar

Nax-MR

XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.

Türkiyənin “A haber” telekanalında Xocalı soyqırımından kadrlar yayımlanıb


Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirmək üçün soyqırımı və terror aktlarından istifadə etməklə dinc əhaliyə qarşı amansız cinayətlər törədib. Bu cinayətlərə göz yuman, baş verənləri sükutla qarşılayan tərəflər bu və ya digər formada Ermənistanın işğalçılıq siyasətinə dəstək veriblər.