HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

300 söz

MALİ MALI

Fuad Babayev 2Deyilənə görə çox yaxşı pal-paltar İtaliyada, əsl hörmətə layiq maşınlar da Almaniyada istehsal olunur. Əlbəttə, axtarsan Fransada da, İngiltərədə də və başqa-başqa adı ürəyəyatan ölkələrdə də kefiniz istəyən qədər kostyum da tikirlər, maşın da buraxırlar. Amma, “italyanski” ayaqqabı bam-başqadır. “Nemetski” avtomobillər də ki, dünya dördtəkərliləri arasında özünü çoxdan təsdiq eləmiş, indi dəbdə olan tərzdə desək, birinciliyi haqq eləyən maşınlardı.

Birmənalı şəkildə deyə bilərık ki, çağdaş dünyada kostyum tikilməsi və maşın istehsalı kimi nəcib işlərlə yanaşı başqa işlər də görülür. Və bu işlərin içində xoşagəlməz işlər çoxdur. Özü də bu xoşagəlməz işlərin görülməsi sahəsində ixtisaslaşan ölkələr də var. Və belə ölkələrdən biri də deyəsən Malidir.

MƏNSUR ODALAR

Fuad Babayev 2Çox mötəbər, A2 formatlı bir qəzetin bugünkü sayında, “Bölgələrdə” rubrikası altında dərc edilmiş 4 məqaləni həvəslə oxudum. Və hesab edirəm ki, Azərbaycan Respublikası vətəndaşı adı ilə öyünən hər kəs bu məqalələri oxumalı və əlbəttə ki, sevinməlidir.

Məqalələr Ağsuya, Ağdaşa, Şahbuza və Zərdaba həsr olunub.

Ağsuya həsr edilmiş məqalə “Ağsu necə də gözəlləşib!..” adı altında dərc edilib. Və düz 4 şəkli var.

“Ağdaş uğurlarını artırır” məqaləsində şəkil yoxdur.

Şahbuzdan bəhs edən “Bütün sahələrdə irəliləyiş var” məqaləsində 1, “Dövlət qayğısı Zərdabın simasını dəyişir” yazısında isə 2 foto var.

Ümumiyyətlə, böyük zövqlə tərtib edilmiş səhifədə şəkil sarıdan yalnız Ağdaş rayonuna qarşı haqsızlıq edilib. Mən əlbəttə ki, dəyərli həmkarlarımın acığına gələ biləcək hər hansı söz, ifadə, bitmiş fikri ifadə edən söz və ya söz birləşməsi  yazmağa qadir deyiləm. Amma, bütün hallarda gərək Ağdaşda çəkilmiş hər hansı  foto burada yer alaydı. Bu həm ədalətli olardı, həm də rayonun artan uğurlarını əyani şəkildə göstərə bilərdi.

Bütün oxuculara,daha doğrusu ölkəmizin artan uğurlarına sevinə bilən insanlara bu yazılar ruh yüksəkliyi bəxş edir. Sevinə bilməyən insanlarsa, onsuz da belə pozitiv ruhlu yazıları oxumurlar, oxuya bilmirlər, ya da,  elə ən pisi də budur, oxumaq istəmirlər. Biz həmin adamları tutub, ayaqlarını fələqqəyə salıb eynilə “Dəli Kür” filmində mollaxana şagirdinin cəzalandırıldığı kimi tənbeh edə bilmərik axı. Elə deyilmi? Oxumurlar, heç oxumasınlar.

Hanı bizim Simonino Simonini?

Fuad-Babayev-2Umberto Ekonu hamı tanıyır. Hər halda, onu tanımaq, oxumaq və ondan öyrənmək istəyən adamların hamısı bu italyan yazıçısının yaradıcılığından xəbərdardır. O ki qaldı onu tanımaq istəməyənlərə, onlar bəlkə də heç nə itirməyiblər…

İXRACAT İMKANLARINI ARTIRMAQ İMKANI

Fuad Babayev 2Sabirabadın Muğangəncəli kənd sakini, 1977-ci il təvəllüdlü Abıyev Elnur həmkəndlisi, 1982-ci il təvəllüdlü  Tariyel İmanovun evinə gələrək ondan 100 qram narkotik vasitə olan qurudulmuş marixuananı 600 manata alıb. Sonra isə Tariyel İmanov polisə zəng edib və deyib ki, evindən narkotik oğurlanıb. (APA TV)

Ağcabədi şəhərindəki “Cavid” şadlıq sarayında şadyanalıqla izlənilən (ifadə mərasim iştirakçılarından birinə məxsusdur) toy mərasimi başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideynlərinin təzyiqi ilə otağı tərk edib.

Növbəti gün gəlin bildirib ki, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevirmiş. (publika.az)

SOSİAL LİFTİNİZ İŞLƏYİR?

Fuad-Babayev-2

Neçə illər bundan əvvəl qəribə bir hadisə baş verib. Deməli, Bakının Keşlə kəndində Hacıqulu adında bir kasıb kişi yaşayırmış. Tənəkəçilik eləyirmiş. Ətraf kəndlərin sakinləri də gəlib bu kişinin düzəltdiyi qabları alırlarmış. Bu kişinin düzəltdiyi əsas qabın adı a hərfi ilə başlayıb, elə həmin hərflə də bitərmiş. (İnsafən o qabın adı elə indinin özündə də dəyişməyib)

Nə isə, bu kişinin bir çətən külfəti varmış. Və böyük oğlunun adı da Ağabala imiş. Özü də Ağabala çox fərasətli uşaqmış. Ona görə də günlərin bir günü Hacıqulu kişi oğlunu yanına salıb gətirir şəhərə ki, işə düzəltsin. Düzəldir də. Buxar dəyirmanında bir qəpik də almadan Ağabalanı işə götürürlər və uşaq başlayır işləyib atasına kömək eləməyə.

Mina və divar

Fuad Babayev 2

Vaxt vardı Türkiyə ilə Suriya sərhəddi dünyada ən yaxşı qorunan sərhədlərdən biri idi dünyada.

Çünki Ankara təhlükəsizliyini qorumaq və qaçaqçılığı önləmək üçün 1952-ci ildən etibarən Suriya sərhəddindəki əkin-biçin torpaqlarında 3,5 milyon dönümlük (1 dönüm – 0.1 hektardır) ərazidə eni bəzən 1 kilometrə çatan minalı şərid yaratmışdı.