“Daşnaksütyun və Hnçak partiyalarının rəhbər orqanları baş vermiş hadisələrə görə tam məsuliyyət daşıyırlar. Dostoyevskinin “Şeytanlar” kitabındakı kimi süjet cızaraq, siyasi mənfəət əldə etməyə çalışan ermənilər, əslində öz faciələrinə səbəb olublar. Əgər mən söz azadlığından istifadə edib bunu İsveçrədə bəyan etmək istəsəm, məni cinayət məsuliyyətinə cəlb edə bilərlər”.
İctimai nəqliyyatda kitab oxumağın ayrı ləzzəti var. Mən bu imkandan tez-tez istifadə edirəm. Metro vaqonlarında qət etdiyim minlərlə kilometr sayəsində indiyə qədər onlarla kitab oxuya bilmişəm. Məlumatımı artırmışam. Üstəlik, məhz metroda kitab oxumağım sayəsində ən azı bir maraqlı hadisənin şahidi, hətta iştirakçısı ola bilmişəm.