HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyaları

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1905, 1918-1920, 1948-1956, 1987-1988-ci illər adlı dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub.

 

Deportasiyanı doğuran şərait və səbəblər (1948-1953)

sened faktErmənistan SSR-dən Azərbaycan türklərinin məcburi köçürülməsi İkinci dünya müharibəsi illəri və sonrakı illərdə Sovet-Türkiyə münasibətləri kontekstində rəsmi Kreml tərəfindən siyasi gündəmə çıxarılmış “erməni məsələsi” ilə qırılmaz surətdə bağlıdır.