CBC-nin dronu İrəvanın dağıdılmış tarixini lentə alıb – VİDEO

CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb.
CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb.
1988-ci il noyabrın 22-də Ermənistan SSRİ Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan keçirilən növbədənkənar sessiyasında bir həftə ərzində azərbaycanlıların deportasiyası ilə bağlı üçün qərar verildi.
Son 200 ildə ermənilər etnik təmizləmə aparıblar. Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə həmişə qərəzli mövqe tutublar. Qərbi Azərbaycanda – indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi faktlarla sübut olunub. Ermənilər bu torpaqlarda azərbaycanlıların izlərini silməyi qarşıya məqsəd kimi qoymuşdular.
Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə ölkəmiz qarşısında tamamilə yeni reallıq qoyub. Dövlətimizin başçısı müəllifi olduğu bu konsepsiya ilə qətiyyətli və vətənpərvər Lider olduğunu bir daha sübut etdi.
İkinci Dünya müharibəsi başa çatdıqdan dərhal sonra 1945-1949-cu illərdə ermənilərin başladığı ideoloji hücum eyni bir vaxtda üç məqsəd güdürdü:
1943-cü il Tehran Konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporu SSRİ Xarici İşlər naziri V. Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişdir.