Son 200 ildə ermənilər etnik təmizləmə aparıblar. Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə həmişə qərəzli mövqe tutublar. Qərbi Azərbaycanda – indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi faktlarla sübut olunub. Ermənilər bu torpaqlarda azərbaycanlıların izlərini silməyi qarşıya məqsəd kimi qoymuşdular.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.
İcma sədri bildirib ki, Ermənistan SSR-in verdiyi fərmanla 1978-ci il yanvarın 25-də 93 yaşayış məntəqəsinin adı dəyişdirilib.
Bu toponimlərin dəyişdirilməsinin hüquqazidd olduğunu diqqətə çatdıran Ə.Ələkbərli Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlandığını deyib. Bildirib ki, xəritədə köhnə yer adları əks olunub.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











