Qlobal innovativ kompaniyaların The Boston Consulting Group (BCG) adlı reytinq cədvəli var. Hər il dünyanın 1 500 top-meneceri arasında sorğu keçirilir və dünyanın 50 ən innovativ şirkətinin siyahısı tutulur. Əksəriyyətimiz tərəfindən sevilən iPhone və deyəsən o qədər də sevmədiyimiz iPad qurğularının “müəllif”i Apple 2005-ci ildən bəri bu siyahıda birincidir. 2016-cı ilin siyahısının ilk beşliyində Google, Tesla və Microsoft adlarına rast gəlmək olar. Beşinci yeri Amazon tutub. Və o bu yerdə Samsung şirkətini əvəzləyib.
1988-ci ilin avqustu. Sovet İttifaqı 66 ildir ki, mövcuddur. Üç ildən çoxdur ki, Qorbaçovun “perestroyka”sı davam edir. Berlin divarı hələ uçurulmayıb. Bu hadisə hələ 1989-cu ilin 9 noyabrında baş verəcək. Akademik Aqanbekyanın “Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana” fikri az qala bir ildir ki, səsləndirilib. Sumqayıt hadisələrindən yarım il keçir. Və cəmi il yarımdan sonra “Qara yanvar” gələcək…
“Global Conflict” kanalı 10 ən yaxşı müasir tankın siyahısını təqdim edib.
Siyahıda sonuncu yeri Hindistanın 60 tonluq MBT Arjun Mark II tankı tutur. Böyük Britaniyanın 62,5 tonluq Challenger 2 tankı doqquzuncu, Yaponiyanın 48 tonluq Hitomaru tankı səkkizinci yerdədir. Yeddinci yerdə Fransanın “idman şərəfi”ni qoruyan 60 tonluq AMX Leclerc maşınıdır. 65 tonluq Merkava Mark IV (İsrail) altıncı yerdədir. Məşhur T-90-nın ixracat üçün nəzərdə tutulmuş variantı – 48 tonluq Т-90МС beşinci yeri, Cənubi Koreyanın 55 tonluq K2 Blak Panther tankı dördüncü yeri tutur.
Noyabrın 24-də Boqotada Kolumbiya prezidenti Xuan Manuel Santosla FARK lideri, daha çox Timoşenko adı ilə tanınan Rodriqo Londonyo mühüm bir sənədə – hökümətlə qiyamçılar arasında yeni sülh müqaviləsinə imza atdılar.
Müqavilə ratifikasiya edilmək üçün konqresə göndəriləcək.
52 illik vətəndaş müharibəsinə son qoyulur deyəsən…
Noyabrın 25-də Fidel Kastro dünyasını dəyişdi.
Komandantenin ölümü haqda məlumatı onun qardaşı, Kubaya rəhbərlik edən Raul Kastro verdi.
1959-cu ildən 2011-ci ilə qədər, düz 52 il ərzində Kuba lideri olmuş əfsanəvi insan daha yoxdur…
Getdikcə daha çox “ərazi” tələb edən “arxiv”imdə az qala arxeoloji qazıntı zamanı aşkar etdiyim dəftərçəyə baxıram. 2009-cu ilin cib gündəliyidir. Dəftərçəni məşhur MYRON buraxıb. Və ona başucalığı gətirə biləcək qayğıkeşliklə 2008-ci ilin 22 dekabrından 2010-cu ilin 3 yanvarına qədər bütün həftələri ibrətamiz sayıla biləcək fikirlərlə “təchiz” edib.