
…XVII-XVIII əsrlərdə Rusiya imperiyasının cənuba, Qara dəniz və Qafqaza doğru aktiv irəliləməsi başladı. Rusiya ilə müharibələrdə Türkiyə bir sıra ciddi uğursuzluğa məruz qaldı və onun Qafqazdakı və qonşu bölgələrdəki təsiri zəiflədi.
1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollec assesoru İ. Şopen erməni vilayətində kameral siyahıyaalma keçirmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən ” Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi” əsərində verilmişdir.
1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqqədəs Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi.
Ermənilərin etnogenezi, milli identikliyi, linqvistik xüsusiyyətləri, tarixi və s. haqqında müxtəlif vaxtlarda və bir-birinə zidd olan fikirlər irəli sürülmüşdür. Bəzi müəlliflər ermənilərin tarixi başlanğıcını bəşər sivilizasiyasının ilk çağlarına aparır və onların mənşəyinin bilavasitə Anadolu yaylası və Qafqaz ilə bağlayır, bu ərazilərin avtoxton əhalisinin məhz ermənilər olduğunu iddia edirlər və bu zaman daha çox etibarlı tarixi mənbələrə deyil, həqiqiliyi kifayət qədər şübhə doğuran mifik-dini xarakterli məlumatlara əsaslanırlar.