HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənilərin ‘gəliş’i

Tarixi həqiqətlər və erməni uydurmaları

The_Hall_of_Mirrors_in_the_Palace_of_the_Sardar

Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər.

Ermənilərin köçürülməsi rusdilli mənbələrdə

refugee camp

Azərbaycanın ayrılmaz hissəsi – Dağlıq Qarabağ probleminin tarixi kökləri, müxtəlif dövlərdə onun etnik tərkibi ilə əlaqədar bir-birini istisna edən xeyi versiyalar var. Bəzi erməni tarixçiləri ağlasığmaz tərzdə tarixi həqiqəti təhrif edir, həmçinin Qarabağın tarixən Ermənistana mənsub olması kimi illüziya xarakterli versiyalar irəli sürürlər. Əslində isə ermənilərin Azərbaycan torpaqlarına gəlmələri həqiqəti tarixi mənbələrdə, elmi tədqiqatlarda, eləcə də arxeoloji materiallarda kifayət qədər öz əksini tapıb. Bir sıra rus müəllifləri bu faktı öz əsərlərində təsdiq edirlər.

Ermənilərin mənşəyi haqqında

Sual olunur: nə üçün gürcüşünaslar “Gürcüstan tarixi”, azərbaycanşünaslar “Azərbaycan tarixi”, ermənişünaslar isə “Erməni xalqının tarixi”ndən yazırlar? Başqa sözlə desək, nə üçün onlar öz ölkələrinin deyil, etnoslarının tarixini yazmağa üstünlük verirlər?

Ermənilərin Türkiyədən köçürülüb gətirilməsi


1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından Arpaçayı 12 minlik qoşunla keçərək Şərqi Anadoluya hücuma başlayır və iyunun 23-də Qars qalasını ələ keçirir. Hücumu genişləndirən ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir.