HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Abşeronda daha iki şəhidin nəşi torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində torpaqlarımızı itirməklə bərabər, Vətənimiz minlərlə şəhid verdi. Azərbaycan oğulları düşmənə qarşı mərdliklə, şücaətlə döyüşdü. Ölkəmizin hər kəndinə, şəhərinə şəhid xəbərləri gəldi. Dəfn edilən şəhidlərlə yanaşı, məzarları üzərinə naməlum şəhid yazılanlar da oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində cəmi 44 günə illərlə köz bağlayan dərdlərə, acılara son qoyuldu. Ərazilərimizin işğaldan azad edilməsi ilə yanaşı, itkin düşmüş insanların naməlum taleyinə də işıq salındı.

Füzuliyə yeni köçən sakinlərə ilk dəfə mina təhlükəsi ilə bağlı təlim keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində “Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış” mövzusunda daha bir təlim keçirib.

Azad edilmiş torpaqlarda indiyədək mühəndis-istehkam bölmələri 39 min 721 hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib

İşğaldan azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 39 min 721 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 13 min 045 ədəd partlamamış hərbi sursat, 3 min 318 ədəd tank əleyhinə mina və 10 min 463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.