HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

İtaliyanın “Daily Cases” internet portalı: Mətbuatın Dağlıq Qarabağla bağlı susqunluğu istər-istəməz onu bu böyük ədalətsizliyin ortağına çevirir

İtaliyanın Daily CasesAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-15-də İtaliyaya rəsmi səfəri bu ölkənin mətbuatının diqqət mərkəzində qalmaqda davam edir.
İtaliyanın “Daily Cases” internet portalında dərc edilmiş “Dağlıq Qarabağla bağlı “mətbuatın susqunluğu” sərlövhəli məqalədə Trans-Adriatik boru kəməri və Azərbaycanın Roma şəhərindəki Fori İmperialidə bərpa işlərinə vəsait ayırmaq niyyətinin səfərlə bağlı mətbuatda ən çox işıqlandırılan mövzular olduğu bildirilir.

Elxan Süleymanov: “AŞPA baş katibi Ermənistana qarşı qətnamə layihəsini geri götürməyim üçün mənə təzyiq etdi”

DSC_2882Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov AŞPA-nın 23-27 iyun tarixlərində Strasburqda keçirilən yay sessiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, E.Süleymanov iclasda müzakirə olunan məsələlər barədə danışıb.

Elxan Süleymanovun Avropa Şurası rəhbərlərinə müraciəti


DSC_0394

Avropa Şurası Parlament Assambleyasının
Sədarət Komitəsi və Büro üzvlərinə
Surəti:
AŞPA prezidenti xanım Ann Brössora,
AŞPA-nın Baş Katibi cənab Voysix Saviçkiyə,
Avropa Şurasının Baş Katibi cənab Tyorbörn Yaqlanda

 

Bakı, 20 iyun 2014-cü il

Hörmətli xanımlar və cənablar,

Mənim təşəbbüsümlə Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilməsinə dair qətnamə layihəsi iyunun 17-si irəli sürüldü və dərc edildi. Qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalandı.

Elxan Süleymanov: Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi AŞPA-nı tarixi seçim qarşısında qoyacaq

council of europeMəlum olduğu kimi, Ukraynada baş verən hadisələrlə bağlı ABŞ, Avropa İttifaqı və Avropa Şurası tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Hətta AŞPA 10 aprel 2014-cü ildə qəbul etdiyi 1990 (2014) saylı Qətnamə ilə Rusiya nümayəndə heyətinin səsvermə hüquqlarını dayandırdı və onu rəhbər orqanlardan çıxardı. Əlbəttə, uzun illərdir Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinə qarşı analoji sanksiyaların tətbiq edilməməsi, işğala məruz qalmış tərəf olan Azərbaycana münasibətdə Ukrayna səviyyəsində dəstəyin göstərilməməsi bizi ciddi düşündürürdü. Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi bizim haqlı tələblərlə çıxış etməyimizə münbit şərait yaratdı.