ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andriu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 14-də Azərbaycana gələcəklər.APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb. Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.
Həmsədrlər oktyabrın 18-nə qədər bölgədə olacaqlar.

















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











