
“Əfqanıstanda sülhyaratma əməliyyatları başa çatdıqdan sonra da Azərbaycan NATO üçün strateji əhəmiyyətə malik ölkə olaraq qalacaq”. APA-nın məlumatına görə, bunu NATO baş katibinin müavini və Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay (James Appathurai) deyib.
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib. Kitabda Sərsəng su anbarının təsir dairəsində olan Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy və Yevlax rayonları ərazilərindəki tarixi və mədəniyyət abidələrinin tədqiqatına dair hesabat əksini tapıb.