Bu gün, 30 sentyabr Avropa Şurasının Sosial Komitəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin ilk məlumat-memorandumu müzakirəyə çıxarılıb.