Dörd il əvvəl Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoyub

Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür. Müharibənin on ikinci günü – 2020-ci il oktyabrın 8-də erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.