Tarixçi və siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov “Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs: sülhü necə qorumaq?” mövzusunda keçirilən mətbuat konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib, vəziyyəti Rusiya qanunvericiliyi baxımından araşdırıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin AZƏRTAC-a müsahibəsi
– Ramiz müəllim, ekspertlər 1994-cü ildə atəşkəs rejimi elan olunduqdan sonra hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri ən ciddi gərginlik halı kimi xarakterizə edir, bunun səbəbləri kimi müxtəlif versiyalar irəli sürürlər. Sizin fikrinizcə, cəbhə xəttində vəziyyətin kəskin gərginləşməsi hansı amillərlə bağlıdır və mövcud durumu necə xarakterizə edərdiniz?
Sizi əmin edirəm ki, Azərbaycan qısa müddət ərzində torpaqları işğaldan azad etmək imkanına malikdir. Amma bəşəriyyət naminə biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə səy göstəririk. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını məhz öz bildiyi kimi azad edəcək.