HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistanın Azərbaycana təcavüzü

Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və xronikası

69

1990-1992-ci illərdə – Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (1991-ci ilədək Azərbaycanın inzibati ərazi bölgüsünə əsasən – Şuşa, Xocavənd, Əsgəran, Hadrut, Ağdərə rayonları və Xankəndi şəhəri ümumi ərazisi – 4,4 min km²) Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

AVCİYA Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlayıb

20160224_142038_Pano

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında qalan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciəti

Ötən əsrin 80-ci illərin sonlarından etibarən Ermənistan SSR-də yaşayan Azərbaycan milliyətindən olan şəxslərin həyatı gündən günə çətinləşməyə başlamışdı. Az keçməmiş, Ermənistandan Azərbaycana ilk qaçqınlar gəlməyə başladılar. Milli mənsubiyyətinə görə təhqir, təhdid və fiziki təzyiqlərə tab gətirə bilməyən yüz minlərlə Azərbaycanlı öz ana-ata yurdunu tərk etmə məcburiyyətində qaldı.  Ermənistan monoetnik bir dövlətə çevrildi, qondarma “Böyük Ermənistan” ideyasının reallaşdırılması istiqamətində növbəti ciddi addım atıldı. O zaman Azərbaycan çox Dedi – Siz Susdunuz…

Madrid prinsipləri və Yenilənmiş Madrid prinsipləri nədir?

ocumap

Madrid prinsipləri

Madrid prinsipi ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə təqdim etdikləri saziş planıdır. Madrid prinsipləri Praqa prosesində bərpa edilmiş və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilir. Bu, dövlətlərarası razılaşmalar və sazişlər üzrə baza kimi xidmət göstərən beynəlxalq qanunların əsas sənədi olan ATƏT-in Helsinki Yekun Aktnın tənzimləyici hüquqi müddəalarına əsaslanan 1994-cü il atəşkəs sazişindən sonra münaqişə tərəfləri arasmda sülh danışıqları nəticəsində ortaya çrxan yegana sənəddir. Prinsiplərə “mərhələli paket” sülh təklifi daxildir və orada aşağıdakılar qeyd edilir:

Millət vəkili Elxan Süleymanovun ABŞ konqresmeninə məktubu

12493453_798658636926443_4199758477852793920_o

ABŞ senatının nümayəndələr palatasının üzvü

konqresmen cənab Adam Şiffə

Cənab Şiff,

Siz bu günlərdə Ermənistanın “Asbarez” qəzetinin baş redaktoru Ara Xaçatryanın “Horizon live” verilişinə verdiyiniz müsahibənizdə AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirə edilmiş qətnamələrə münasibət bildirərkən, onların Azərbaycanı dəstəkləyən birtərəfli qətnamə olduqlarını vurğulayırsınız. Britaniyalı deputat Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnaməni destruktiv adlandıraraq, onun təsdiq olunmamasında sizin və  ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi xanım Viktoriya Nulandın xüsusi rolunun olduğunu bildirirsiniz, su ilə bağlı qətnamənin isə təsdiqləndiyini ifadə edirsiz.

Elxan Süleymanov: Avropa Şurası Parlament Assambleyası Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edir və Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edir

TheParliamentaryAssemblyOfTheCouncilOfEurope1

Strasburq, 30 yanvar 2016-cı il: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək, səsə qoyuldu. Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsi uğrunda iki ildən bəri Strasburqda mübarizə aparan Elxan Süleymanovun irəli sürdüyü qətnamə layihələrinə əsaslanırdı.

Birinci məruzə layihəsi Ermənistan silahlı qüvvələri ilə sərhəddə təmas xəttində zorakılığın artmasına, ikincisi isə Azərbaycan vətəndaşlarının Sərsəng su anbarına yaxın bölgələrdə üzləşdiyi humanitar böhrana və onların qəsdən sudan məhrum edilməsinə diqqəti yönəltmişdi.

Cəbhə xəttində zorakılığın artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi ilə rədd edildi, çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞPA deyil, onların məsuliyyətində olması arqumentinə təslim olmuşdu. ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası parlamentarilərinə heç zaman görünməmiş, qəzəbli açıq məktublar və mətbuat bəyanatları göndərərək, “onların işləri”nə müdaxilə etməmək barədə “xəbərdarlıq” edirdilər.

Elxan Süleymanov: “Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb”

Elxan SüleymanovElxan Süleymanov

Millət Vəkili, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

Bu gün, saat 13.00-da AŞPA plenar iclasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzələr səsə qoyulacaqdır. Bu məruzələrin hər ikisi ötən ilin noyabr ayında Komitə iclaslarında böyük səs çoxluğu ilə qəbul edilib. AŞPA təcrübəsində ilk dəfədir ki, Komitələrdə qəbul edilmiş məruzələr plenar iclasda belə ciddi təzyiqlərə məruz qalır. Ermənistan rəsmilərinin sessiya ərəfəsindəki açıqlamalarında bu məruzələrə qarşı necə ciddi hazırlıq işləri aparıldığı geniş şərh olunurdu.

Dünən, sessiyanın ilk günündə isə biz bunun canlı şahidi olduq. Ermənistan bu sessiyaya güclü silahlanaraq, ağır döyüş maşınları ilə gəlmişdir. Ermənistan Avropa Şurasına bütün üzv ölkələrin prezidentləri, baş nazirləri və digər aparıcı şəxsləri vasitəsilə, hətta din amilini önə çəkərək din xadimləri vasitəsilə AŞPA üzvlərinə təsir və təzyiqlər ediblər. İşğalçı Ermənistan və işğala dəstək verən çoxsaylı anti-Azərbaycan qüvvələri tərəfindən hər məruzənin əleyhinə ayrıca strateji plan hazırlanmışdır.

“Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsinə Ermənistan tərəfindən 21 düzəliş verilmişdir. Bu düzəlişlər məruzədəki əsas məqamların, işğal faktını ifadə edən kəskin bəndlərin çıxarılmasını nəzərdə tutur ki, bununla da onlar məruzənin tam əhəmiyyətsiz vəziyyətə gətirilərək qəbul edilməsinə nail olmaq istəyirlər.

“Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” məruzəsinin əleyhinə hazırlanmış strategiya isə tam fərqlidir. Ermənistan tərəfi bu məruzəyə heç bir düzəliş verməmiş və qarşılarına bu məruzəni bütövlüklə məhv etmək məqsədi qoymuşlar. Bunun üçün onlar 3 pilləli ssenari ilə işləyirlər:

1. Bu məruzəni müxtəlif bəhanələrlə, yenidən baxılması üçün Siyasi Komitəyə qaytarmaq.

2. Əgər Komitəyə qaytarmaq mümkün olmazsa, məruzəni plenar iclasda bütövlükdə rədd etdirmək.

3. Əgər rədd olunmasına da nail olunmazsa, məruzənin əleyhinə səs verməklə təsdiq olunmasını əngəlləmək.

Onlar birinci istiqamət üzrə artıq sessiyanın ilk günü, 25.01.2016-cı il tarixində işə başlamışlar. AŞPA prosedur qaydalarına zidd olaraq, Azərbaycanın qatı düşməni AŞPA Baş Katibi Voytsex Savitski Büroya təzyiqlər edərək məruzənin Komitəyə qaytarılmasını təklif edib. Lakin bu təklif Büronun dünənki iclasında rədd edilib. Düşmənlərimiz daha sonra siyasi fraksiyalarda hücuma keçdilər. AŞPA-nın 5 siyasi fraksiyasının ikisində – Sosialislət və Solçular qruplarında məruzələrin Komitəyə qaytarılması qərara alınıb, digər fraksiyalarda isə Ermənistanın müdafiəsi üçün çoxsaylı cəhdlər olub.

Qeyd edim ki, işğal məruzəsinin müəllifi Robert Volter artıq parlamentari kimi AŞPA-da təmsil olunmur. Bu səbəbdən Ermənistan ilk növbədə məruzənin Siyasi Komitəyə qaytarılması üçün çalışır. Bu halda ermənilər Komitədə ermənipərəst bir deputatı məruzəçi seçdirmək istəyirlər ki, bununla da onlar bu məruzənin tamamilə aradan çıxarılmasına, öz işğalçı siyasətlərini ört-basdır etməyə nail olmaq niyyətindədirlər.

Bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupu tərəfindən AŞPA-ya verilmiş xəbərdarlıq bəyanatı  da birbaşa işğalçının maraqlarına xidmət edir. Bununla Minsk Qrupuna həmsədr ölkələrin siyasi hakimiyyətinin Ermənistanın müdafiəsində durduğu açıq-aydın görünür.

Bu gün Avropa işğalçı Ermənistanın müdafiəsinə qalxıb, işğala məruz qalmış Azərbaycana qarşı isə aqresiya və qəzəb hökm sürür.

26.01.2016

Strasburq, Fransa