HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistanın Azərbaycana təcavüzü

Güllələnən heykəllər, itkin düşən abidələr

Şuşa abidələr

1992-ci il mayın 8-də Şuşa şəhəri erməni işğalçıları tərəfindən zəbt edildi. İşğal zamanı 200 nəfər şəhid, 150 nəfər əlil oldu, 552 körpə yetim qaldı, 22 minə yaxın insan qaçqın düşdü, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev-muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat bniası tamamilə dağıdıldı. Bu, Şuşanın son itkiləridir…   

Şuşa – strateji şəhər

Şuşa qalasının divarları

1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə (“Andlı öhdəlik”) görə, Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildi, 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı. 1840-cı il islahatı ilə Qarabağ əyaləti yerində yaradılmış və Kaspi (Xəzər) vilayətinə daxil edilən Şuşa qəzası 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etdi. 1917-ci ildə Şuşa qəzası müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil oldu.