HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Kəlbəcər

Kəlbəcərdə Anım Gününə həsr olunan “Yaşıl irs – əbədi xatirə” ağacəkmə aksiyası keçirilib

Kəlbəcərdə 27 Sentyabr – Anım Gününə həsr olunan “Yaşıl irs – əbədi xatirə” ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, ağacəkmə aksiyası Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə reallaşıb.

Kəlbəcərdə Bal Festivalı keçirilir

Kəlbəcər rayonunun mərkəzində IDEA İctimai Birliyinin təşəbbüsü, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Kəlbəcər Bal Festivalı keçirilir.

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.