HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Kəlbəcər

Kəlbəcər rayonunun Zallar kəndinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kəndin layihəsi barədə məlumat verildi.

Beynəlxalq səyyahların Kəlbəcərə səfəri başlayıb

İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan beynəlxalq səyyahlar səyyahlar qrupu fevralın 5-də Kəlbəcərə gəlib, rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

AZƏRTAC xəbər verir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

Kəlbəcərin işğaldan azad olunmasından iki il ötür


Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.