HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xarici media

“The Algemeiner”: Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər

14797122174561256062_1000x669

ABŞ-da çıxan yəhudilərə məxsus “The Algemeiner” qəzetində amerikalı ravvin və “Xocalı: bəşəriyyət əleyhinə cinayət” kitabının müəllifi İzrail Barukun “Soyqırımından salamat qalanların nəsli: Auşvitsdən Xocalıya qədər” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə İkinci Dünya və Qarabağ müharibələrinin odundan-alovundan keçmiş iki azərbaycanlının taleyindən danışılır.

Los-Ancelesdə Xocalı soyqırımına dair kitab nəşr olunub

ABŞ-ın yarım milyon erməninin yaşadığı Los-Anceles vilayətində Xocalı soyqırımına və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinə dair kitab nəşr olunub. Kitab tanınmış “Floricanto Press” nəşriyyatı tərəfindən çap edilib.

Azərbaycanlılara qarşı həyata keçirilən Xocalı soyqırımı və onun beynəlxalq əks-sədası

Justice for khojali

“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Heydər Əliyev
Ümummilli lider

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin ən qanlı səhifələrini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Xocalı soyqırımı: Beynəlxalq hüquq və sağlam düşüncə üstün gəlir

Justice for khojali

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Biz, eyni zamanda, Xocalı soyqırımına iki fərqli yanaşmanın və münasibətin şahidləriyik. Bu barədə söhbətə keçməzdən əvvəl Azərbaycan tarixinin 24 il əvvəl yaşanmış qanlı səhifəsinə bir daha nəzər yetirməyi lazım bilirik.