HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

Qarabağ harayı fotolarda

Portret_Ilqar_Ceferov

Fotoqraf: İlqar Cəfərov.

1960-cı ildə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnsitutunu, 1991-ci ildə isə Moskvada, SSRİ jurnalistlər İttifaqının Fotomərkəzi nəzdində fotojurnalistika fakültəsini bitirib. 1991-ci ildən dövlət informasiya agentliyi AzərTAc-ın fotomüxbiridir.
Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirkakçısı və qalibi ( Rusiya -2007, Avstriya- 2008, Yaponiya -2009) olub.
Fotoşəkillərindən ibarət kitablar və kataloqlar nəşr edilib. Xaricdə və Azərbaycanda fərdi fotosərgiləri keçirilib.

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

dscf5542

Azərbaycan xalqının tarixi yaddaşında 26 fevral qanlı hərflərlə həkk olunub. Belə ki, erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşmiş Xocalı şəhərinə hücum etmişlər.