HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

multİmedİa

ADIN ŞƏRƏFLİDİR SƏNİN, EY QADIN!

1905.az portalı və Azərbaycan Fotoqrafları Birliyi Qarabağ müharibəsində döyüşən qadınların fotolarını təqdim edir. Fotoqraflar: Xalid Əsgərov, Əli Qafarov, Mehdi Abbasov, Şahvələd Ayvazov

Fotoqraf Xalid Əsgərov
Fotoqraf: Xalid Əsgərov

ŞAHİD

Fotoqraf: Əli Qafarov

ALI QAFAROV 121943-cü ildə Bakıda doğulub. Azərbaycan müəllimi, Ədəbiyyat və İncəsənət, Azərbaycan idmançısı kimi sırf mülkü qəzetlərdə fotomüxbir işləyib. Müstəqilliyin ilk illərində “Xalq ordusu” qəzetinin kollektivi sıralarına daxil olub. Sonralar qəzetin adı dəyişilərək “Azərbaycan Ordusu” oldu. Əli Qafarov həm də Hərbi-dəniz qüvvələrinin qəzeti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasında işləyib.

2018-ci ildə dünyasını dəyişib.

Fotoqrafın dediyinə görə cəbhə şəkillərini çeşidləmək ağırdır. Çünki rastlaşdığı adamlardan çoxu həlak olub, onlar yalnız plyonkalarda qalıblar. Ən böyük arzusu müharibənin son anını, həmvətənlərinin doğma ocaqlarına, sülh həyatına, yaradıcı əməyə qayıdışını əks etdirmək idi.

Təcavüzün salnaməsi

bio

Fotoqraf Fərid Xayrulin Bakı şəhərində anadan olub. 1969-cu ildə Ulyanov-Lenin adına Qazan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə keçib, “Jurnalistika” peşəsi üzrə diplom alıb.1982-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1989-cu ildən SSRİ Fotorəssamlar İttifaqının İdarə Heyətinin üzvüdür.

“Yataq”

 

1040596_10200531194260828_1270435528_oElmar Mustafazadə 1980-ci il oktyabrın 25-də Bakıda anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.  Fotoqraflığa 2009-cu ildən başlayıb. 2010-cu ildən etibarən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.