HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Bizim sənətçi

Ramana ətirli mozaika- MÜSAHİBƏ


Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb. 

Çəng ifaçısı Fazilə Rəhimova

 –  Fazilə xanım, əvvəlcə çəng barədə danışaq.

–  Çəng Azərbaycanın ən qədim musiqi alətlərindən biridir, bəlkə də 1000 ildən çox yaşı var. Və çəng çağdaş arfanın sələfi hesab olunur. Nizami, Füzuli, Məhsəti Gəncəvinin dövründə də bu alət çox geniş yayılıb, sevilib. Hətta Nizami Gəncəvi “Yeddi gözəl” poemasında çəngə xüsusi yer ayırıb.

Xəttatlıqla və təbabətlə məşğul olan GÜLXAN BƏYDƏMİR

11960397_734651916660449_1906341526_o

 

-Uzun illərdir Türkiyədə yaşayırsız. Əvvəlcə Türkiyəyə gedişinizdən danışaq. Necə oldu xəttatlıqla orada məşğul olmağa qərar verdiniz?

– Mən rəssamam. İçəri Şəhərdə qəbir daşlarında olan yazılar və xəttatlıq sənəti məni həmişə özünə cəlb edib. Bilirdim ki, xəttat olmaq üçün ərəb əlifbasını öyrənməlisən, incəlikləri bilməlisən. Getdim Türkiyəyə. 5 il axtarandan sonra xəttat usta tapa bildim. Sıfırdan başladım, hərfləri öyrəndim. Təxminən 2 ilə kimi vaxt aldı. Əcnəbilər Türkiyəyə gələndə xəttatlıqla bağlı əsərlərə çox üstünlük verirlər.

Xəttatlıq çox incə və çox çətin sənətdir. Mən rəssam ola-ola nə qədər çalışsam da heç bir hərfi yanaşı qoyub, bir şey yarada bilmirdim. Mütləq incəlikləri bilməlisən. İncəlikləri isə ancaq ustanın əlinə baxaraq öyrənmək mümkündür. Xəttatlığın dinlə əlaqəsi yoxdur. Dünyada çox sevilən sənətdir. Əcnəbilər Türkiyəyə gələndə xəttatlıqla bağlı əsərlərə çox üstünlük verirlər. Hətta əksəriyyəti mənasını, incəlikləri bilməsə də əsəri alır, özü ilə ölkəsinə aparır.