RETROSPEKTİVA – Tarda ifa edən yeganə elmlər doktoru FAİQ ÇƏLƏBİ
– Xoş gördük, Faiq müəllim. Sizinlə yenidən görüşməyimə çox şadam. Biz, Azərbaycanın Milli Mədəni Muxtariyyətının bazar günü məktəbində , qısa müddət də olsa, bir yerdə çalışmışıq. Siz tarixi, mən ədəbiyyatı tədris edirdim. Elə məktəbdən başlamaq istərdim. Sankt- Peterburqda Azərbaycan məktəbi nə vaxt yaradılıb?