– Artıq bir neçə ildir ki, solo ifaçı kimi çıxış etsəniz də bir çox tamaşaçılar sizi hələ də “Bəri bax” qrupunun solisti kimi xatırlayır.
– «Bəri Bax» ansamblı yarandığı və populyar olduğu dövrdə həqiqətən möhürünü qoya bildi və musiqi tariximizə Cənubi Qafqazda ilk uşaq caz ansamblı kimi yaddaşlarda qaldı.
– Vüsal müəllim, televiziyada aparıcısınız, dublyajda çalışırsınız və filmlərdə çəkilirsiniz. Bunlardan hansı Sizə daha yaxındır?
– Düzü aparıcılığa başlamağımın heç bir ili tamam olmayıb. Dublyajda artıq 12 ildir ki, işləyirəm. Elə yaradıcılığa da sırf dublyajdan başlamışam. Universiteti bitirdikdən və hərbi xidmətdən gəldikdən sonra, Azərbaycan televiziyasının dublyaj redaksiyasında fəaliyyətə başlamışam. Amma bununla belə aktyorluq mənim üçün daha yaxındır. Çünki ixtisas etibarilə aktyoram, amma aparıcılığın da özəl tərəfləri var. Verilişin formatından asılı olaraq aparıcıdan da müəyyən mənada aktyorluq tələb olunur. Mənim də verilişim əyləncəli, şou xarakterli olduğundan, aktyorluq karıma gəlir.
– Xocalı faciəsindən az qala 25 il keçir…
– Filmdə hadisələr 25 il əvvəl, 1992-ci ilin 25 fevralından 26-sına keçən gecə Xocalıda çəkilmiş video kadrlar və bu çəkilişi aparmış amerikalı jurnalist ətrafında cərəyan edir. Tamaşaçı 25 il sonra tapılıb üzə çıxarılan həmin kadrlarda soyqırım gecəsi baş verən dəhşəti, faciəni yeni rakursdan, daha yaxından, kənardan və sonradan çəkilən kadrlar kimi yox, hadisələrin içində olan kameranın obyektivində görür, adi bir ailənin, günahsız insanların, qadınların, uşaqların faciəsinin içinə düşür və bu gün Ermənistan siyasi-hərbi hakimiyyətində təmsil olunan bir çox şəxslərin həmin soyqırımda, qətllərdə, işgəncələrdə şəxsən iştirakının şahidinə çevrilir… Bütün film boyu tamaşaçı erməni silahlıları tərəfındən ələ keçırılmış şəhərdə qalan dinc bir ailənin öz övladlarını da, atasız, anasız qalan başqa uşaqları da xilas etmək üçün apardığı mübarizəni görür, bu gərgin mübarizənin içində həmin uşaqların xilas olmaq şansının hər ötən dəqiqədən necə əridiyinin canlı şahidinə çevrilir, onların acı taleyini yaşayır, hiss edir və sonda Xocalını insan, insanlıq faciəsi kimi anlayıb, bunu törədənlərin hansı çəzaya layıq olduğu sualına özü cavab verir. Eyni zamanda filmdə bu kadrların 25 il gizli qalmasının, onu çəkən amerikalı jurnalistin isə 25 il bu hadisələr barədə susmasının da dəhşətli sirrinin üstü açılır…