HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Dəyirmi masa

BİZ QAYIDACAĞIQ!

“1905.az” Diskussiya klubunda Qəzənfər Hüseynov, Dağbəyi Məhyəddinov və İlham Quliyevlə Sumqayıt şəhəri Məcburi Köçkünlərin İcma Şurası barədə söhbət etdik.

NƏSİMİ – 650… ƏHMƏD BƏY AĞAOĞLU , MİRZƏ CƏLİL – 150…

“1905.az” Diskussiya klubunda filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, C.Məmmədquluzadə ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, ssenarist, kino mütəxəssisi Nadir Bədəlov, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovla Nəsimi, Əhməd bəy Ağaoğlu və Cəlil Məmmədquluzadə barədə danışdıq.

 

YENİ TEATR MÖVSÜMÜMÜZ

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas Çingiz Ələsgərli, Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova və Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist Qurban Məsimovla yeni teatr mövsümü barədə dəyirmi masa ətrafında söhbət etdik.

 

BİZİM MÜƏLLİM

 

Qonaqlarımız əməkdar müəllim Almaz Həsrət, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev, təhsil üzrə ekspert Kamran Əsədov, “Nömrə 1” Təhsil mərkəzinin rəhbəri Samin Həsənovdur.

SON NƏFƏSƏDƏK

 

“1905.az” Diskussiya klubunun növbəti toplantısında “Son nəfəsədək” (https://www.youtube.com/watch?v=tok6GGPnvEQ) filminə baxdıq. Müzakirələrdə filmin prodüseri və ssenari müəllifi Nurəddin Aslanov, baş rolun ifaçısı, əməkdar artist İlqar Cahangir və aktyor İlqar Musayev iştirak edirdi.

RETROSPEKTİVA – FÜZULİ… CƏBRAYIL… 26 İL KEÇDİ…

_MG_9921

Avqust ayının 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü tamam olur. “1905.az” portalının Diskussiya klubunda bu dəfə adıçəkilən rayonların Facebook sosial şəbəkəsindəki səhifə və qruplarının idarəediciləri ilə onların fəaliyyətini müzakirə etdik. Diskussiya klubunda “Cəbrayılım” qrupunun idarəçisi Gülşən Rəvanqızı, “Cəbrayıl” səhifəsinin idarəçisi Elmin Həmzəyev, “Füzuli rayonu” səhifəsinin idarəçisi Orxan Behbid, “Füzuli rayonu” qrupunun idarəçisi İlkin Namaz, eləcə də jurnalist Ramilə Qurbanlı iştirak edirdi.