HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Dəyirmi masa

DİDƏRGİN MUZEYLƏRİMİZ

“1905.az” Diskussiya Klubunda bu dəfə Qubadlı, Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan Tarix-Diyarşünaslıq muzeylərindən danışdıq… Qonaqlarımız Vaqif Babayev (Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru),  Asif Ağayev (Kəlbəcər rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond mudiri),  Türkanə Nuriyeva (Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru), Tariyel Abbaslı (Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru) və Ofelya Almuradova  (Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi) idi.

 

 

Çağırsa ellər, gedərəm davaya

1905.az “Diskussiya klubu”da bu dəfə biz meyxanalarımızda vətənpərvərlik mövzusunu filologiya elmlər doktoru, “Meyxanənin poetikası” kitabının müəllifi Nizami Tağısoy, meyxanaçılar Vüqar Əbdülov, Mehman Əhmədli, Mehdi Masallı və ANS telekanalında yayımlanan “De gəlsin” meyxana yarışmasının aparıcısı Emin Əfəndi ilə müzakirə etdik.

İSLAM MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA AZƏRBAYCAN ALİMLƏRİNİN ROLU (11-ci tədbir)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsindən növbəti tədbir “İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin rolu” mövzusuna həsr olunub.

 

MƏZHƏBÇİLİK İSLAM DÜNYASINI PARÇALAYAN TENDENSİYA KİMİ (10-cu tədbir)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında növbəti müzakirədə Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Aslan Həbibov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, ilahiyyat üzrə fəlsəfə doktoru Sevinc Aslanova, jurnalist Azər Həsrət iştirak ediblər.