Bugünlərdə Azərbaycanın elmi-mədəni ictimaiyyəti görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin yubileyini onun ruhuna dərin hörmət, elmi irsinə yüksək qiymət duyğu-düşüncələri ilə qeyd edir.
Tanınmış Azərbaycan tarixçisi, şair, şərqşünas, tərcüməçi, AMEA Tarix və Etnologiya İnstitutu mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil oğlu Fərzəliyevin əbədiyyətə qovuşmasından 40 gün keçir. Şahin Fazil imzası ilə tanıdığımız bu zəka sahibi, söz sərrafı, nəcib ailə başçısı, sadiq dost özündən sonra zəngin elmi-ədəbi irs və unudulmaz xatirələr qoyub getsə də, əfsus ki, mənəvi xəzinəsinin xeyli hissəsini də özü ilə haqq dünyasına apardı.
Azərbaycan xalqının dahi şairi, ədəbi-bədii dilimizin misilsiz yaradıcısı, insan qəlbinin ən qüdrətli tərənnümçüsü Məhəmməd Füzulinin sənətkarlıq aləmi çox geniş və zəngindir.
Bu aləmin tam və kamil mənzərəsini vermək kimi mühüm, çətin bir vəzifə qarşısında öz imkan və qüvvəmizin məhdudluğunu nəzərə alaraq böyük ustadın şeir qüdrətinə xas olan hünərlərin ancaq bəzilərini göstərmək niyyətindəyik.
Göyçay r-n kimi inzibati əsasda 1930 ildə təşkil olunmuşdur. O vaxta qədər isə bu ərazi qəza qismində Bakı quberniyasının tabeliyində olmuşdur. Ərazinin erkən məskunlaşması daha qədim dövrlərlə səsləşsə də, bilici sakinlərinin dediyinə görə, mərkəzə çevrildiyi vaxtdan hesablanarsa, Göyçay ş.-nin hazırkı inzibati ərazisinin tarixi 150 ildən bir qədər yuxarı, yəni 200 ilə yaxın olar. Belə ki, şəhərin yerləşdiyi indiki sahəsi 167 il bundan öncə (təxminən 1855 ilə kimi) çəmənlik, kolluq və meşəlikdən ibarət olmuşdur.
Xalq zəkasının məhsulu kimi mənəvi sərvətimiz olan bayatılarımızın biri aşağıdakı misralarla tamamlanır: “Tikdim ki, izim qala”. Bu cəhətdən maddi mədəniyyət nümunələri olan tikililər, abidələr və qalalar əsrlərlə insanlığın mənəvi qüdrətinin, onun qurub-yaratmaq enerjisinin daşıyıcısına, maddi sübutuna çevrilir, müasir nəslə yaxın və uzaq keçmişini tanıdır, tarixə şahidlik möhürü vurur. Hər şeydən öncə isə insan əməyinin real daşıyıcısına çevrilir. Hər bir tikinti, hər bir kərpic inşaatçı-bənnanın əməyini, ürəyinin hərarətini, biləyinin təpərini, orijinal dəst-xətini nümayiş etdirir. Bir sözlə, hər bir tikili canlanaraq usta sənətkarın həyat salnaməsinə çevrilir. Eynilə kustar xalq sənətkarlığı nümunələri, məişət və kənd təsərrüfatı alətləri, geyim əşyalarının varlığı da həmin missiyanın daşıyıcısına çevrilə bilər. Bunların hər birində xalqımızın ən qədim təsəvvür və görüşlərinin, inam və etiqadlarının proyeksiyası və cizgiləri qalmaqdadır. Bu isə insana keçib gəldyi tarixi yolu addım-addım izləməyə, haradan gəlib hara gedəcəyini təyin etməyə kömək edir.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan ərazisində insan mədəniyyətinin inkişaf tarixini ən qədim qatlarından etibarən izləməyə imkan verən nadir arxeoloji komplekslərdən biridir. Bakıdan təqribən 60 kilometr məsafədə, Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarını əhatə edən bu ərazi ötən əsrin ortalarından başlayaraq aparılan tədqiqatlar nəticəsində dünyanın ən zəngin qayaüstü təsvir məkanlarından biri kimi tanınıb. Qobustan relyefinin özünəməxsusluğu, təbii sığınacaqların çoxluğu və əlverişli iqlim şəraiti qədim dövrlərdə burada insanların məskunlaşmasına şərait yaradıb, bu da arxeoloji materialların zənginliyini şərtləndirib.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…