Azərbaycan və Latviya prezidentlərinin məhdud tərkibdə görüşü olub

Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırladılar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd etdilər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırladı.