HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyində olub, Prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyində olub, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri. Azərbaycan və Türkiyə prezidentləri Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev: İkinci Qarabağ savaşının ilk saatlarından son gününə qədər qardaş Türkiyə xalqı bizim yanımızda idi

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.