HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

QOLAN KİMƏ QALACAQ?

ABŞ prezidenti Donald Tramp Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıyan bəyanat verib. O, 1967-cı ilin altıgünlük müharibəsi zamanı Suriyadan işğal edilmiş bu yaylanı İsrail ərazisi kimi tanıyıb. “Bu, uzun zaman aldı. Fərman on illər əvvəl imzalanmalı idi” – deyə, prezident bildirib. Mövcud bəyanat gələcəkdə Qarabağ probleminə də şamil edilə bilərmi? Məsələ ilə bağlı politoloqların rəyini öyrəndik:

 

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa səfəri: Müasir diplomatiyamızda yeni səhifə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 11-12-də Fransa Respublikasına səfəri proqramının zənginliyi, görüş və danışıqların yüksək səviyyəsi ilə yadda qaldı. Azərbaycan-Fransa əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malik olan bu səfər diplomatiya tariximizə yeni səhifə kimi yazıldı. Səfər, eyni zamanda, dünya və Avropa ictimaiyyətində Azərbaycan barədə müsbət imicin formalaşmasından, ölkəmizə və şəxsən Mehriban xanım Əliyevaya böyük diqqət və hörmətdən, nəhayət, Birinci vitse-prezidentin diplomatik məharətindən xəbər verir.