HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

AVCİYA yeniyetmələrə siqaret satılması haqqında monitorinqin nəticələrini açıqladı

IMG_5060

Aprelin 11-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının İnsan Hüquqları XX əsr-Azərbaycan Fondu ilə birgə həyata keçirdiyi “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa olub.

AVCİYA Ermənistanın BMT-yə təqdim etdiyi hesabata alternativ hesabat verdi

Logo

24 aprel – 12 may 2017-ci il tarixlərində BMT-nin İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi Komitəsində Ermənistanın 2010-2015-ci illər üçün dövrü hesabatı müzakirə ediləcəkdir. Ermənistan dövləti bu hesabatında Irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasının tələblərinin təmin edilməsi vəziyyəti qaçqınlar, milli azlıqlara qarşı ayrıseçklik, dini tolerantlıq və sair barədə məlumat vermişdir. Lakin həmişə olduğu kimi, bu hesabatda da Ermənistan öz yalanları ilə, mövcud duruma müsbət don geyindirməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. AVCİYA Ermənistanın adı çəkilən hesabatına alternativ hesabat hazırlayaraq 6 (İngilis, Rus, İspan, İtalyan, Ərəb, Fransız) dildə BMT-yə təqdim etmişdir. AVCİYA-nın bu hesabatında Ermənistanın növbəti yalanları, saxtakarlıqları tam ifşa edilmişdir. Alternativ hesabat artıq BMT-nin rəsmi internet resursunda yerləşdirilmişdir.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti Xəzərdən başlandı Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

14914217642128821182_1000x669

Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.

Millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə şamaxılı aprel şəhidləri yad edilib

web_MG_4659Aprelin 4-də Şamaxı şəhərindəki Mədəniyyət Sarayında Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Şamaxı ictimaiyyəti nümayəndələrinin, hərbçilərinin, şəhid ailələrinin iştirak etdikləri tədbir 2016-cı ilin aprel döyüşləri zamanı həlak olan şamaxılı döyüşçülər – Samir Kaçayevin, Nazım Zəkərəyevin və Elşən Səmədovun xatirələrinə həsr olunmuşdu.