HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Postsovet məkanında silahlı münaqişələr və realpolitik

map1

Fuad Babayev

AMEA-nın doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

Vestfal sazişinin 1648-ci ildə imzalanması ilə formalaşmış Vestfal sülhü  Vyana konqresindən (1815-ci il) sonra formalaşmış Vyana beynəlxalq münasibətlər sistemi ilə əvəzləndi. 1919-cu ildə imzalanmış Versal sülh müqaviləsi beynəlxalq münasibətlərin Versal-Vaşinqton sistemini formalaşdırdı. İkinci dünya müharibəsindən (1939-1945-ci illər) sonra beynəlxalq münasibətlərin Yalta-Potsdam sistemi yarandı. Bu faktiki olaraq bipolyar – ikiqütblü sistem idi.