Əli Həsənov: Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”ndə vəziyyətlə bağlı təkliflər öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək
Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, xüsusən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nə tez-tez səfərlər təşkil edir. Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr və turistlər kompleksi ziyarət edirlər.
“Azərbaycanın bütün regionlarında quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişafı buna imkan verir. Dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edib.