HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

14907865483557144270_1000x669
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türki-yə və İrana qarşı müharibə apararkən “er-məni amili”ndən siyasi alət kimi istifadə etmişdir.

Yalçın Qoca – Nekroloq

82610_c6bs7hlpog

Amansız ölüm istedadlı şair Yalçın Qocanı aramızdan apardı.

Yalçın Fikrət oğlu Qocayev 1963-cü il aprelin 2-də Bakıda anadan olmuşdur. 235 saylı şəhər orta məktəbini bitirmişdir. 1979-1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil almış, eyni zamanda istehsalatda çalışmışdır. 1984-1988-ci illərdə “Bərpaçı” EİTB-də texnik-konstruktor, sonra “Azərnefttikinti” trestində usta, 4 saylı tikinti-quraşdırma trestində istehsalat şöbəsinin mühəndisi, Azərbaycan RK Nərimanov rayon Kooperativ və digər formalı azad sahibkar müəssisələri Həmkarlar Komitəsinin sədri vəzifələrində işləmişdir.