HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Bizim “dipkorpus”un saytları. Üçüncü yazı

 

tres_indicadores_de_azerbaijan_contra

1-ci və 2-ci yazılar bu linklərdə
http://1905.az/arasdirma-kim-yatmis-kim-oyaq
http://1905.az/bizim-dipkorpusun-saytlari-ikinci-yazi

Bizim “dipkorpus”un saytları haqqında ilk yazımızdan 2 il vaxt keçir. Görəsən keçən dövr ərzində saytlarımızın fəaliyyətində nə dəyişib? Operativlik, mövzuların əhatə dairəsi, dillərdəki materialların kəmiyyət və keyfiyyət göstəricisi arzuolunan səviyyədə olubmu? Müqayisəli təhlilə qiymət verməyi oxucuların öhdəsinə buraxırıq.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibə verib

14576228552591828400_1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunun rəsmi açılışından sonra “Euronews” telekanalına müsahibə verib.

-Cənab Prezident, Azərbaycan kimi neft-qaz istehsal edən ölkə üçün iqtisadiyyatı şaxələndirmək, neftin qiyməti ilə bağlı hazırkı dövrdə biznes modelini dəyişmək nə dərəcədə əhəmiyyətlidir?

-Əslində biz iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illərdir ki, işləyirik. Lakin hazırda – neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir. Lakin bizim hədəfimiz neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaqdır və bu proses davam edir. Hazırda biz Beynəlxalq Valyuta Fondu tərəfindən dəstəklənən əsasən qeyri-neft sektorunun sahələrini – kənd təsərrüfatının, informasiya texnologiyalarının, turizmin inkişafını və digər sahələri əhatə edən geniş islahatlar paketi təqdim edirik. Bu səbəbdən də əminəm ki, qarşıdakı illərdə Azərbaycanın neftdən asılılığı daha da azalacaq.

-Neftin və neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri Sizi nə dərəcədə narahat edir?

-Biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər. Çünki bəzi ölkələr neftdən gəlir götürməyə adət edib. Həmin səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarları ilə nəticələnə bilər. Buna görə də bu, baş verə bilər. Düşünürəm ki, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaq, neft və qaz layihələrindənsə müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa, düşünürəm ki, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.

AZƏRTAC

Azərbaycan prezidenti: “BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir”

İlham Aliyev

“Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Müstəqilliyin ilk illərində ölkəmiz Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. Münaqişə hələ də həllini tapmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

“TURAZ Şahini – 2016” taktiki-uçuş təlimləri başlayıb

1457507685626026487_1000x669

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, Konyada iki ölkənin Hərbi Hava qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə qarşılıqlı fəaliyyətə nail olmaqdır.