HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

AŞPA seçki müşahidə missiyasının Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir

Elxan SüleymanovElxan Süleymanov

Şamaxının Millət Vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər. Bununla kifayətlənməyən bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etdilər. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaqdır.

Ölkəmizin sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi prosesi uğurla davam etdirilir

Serhed xidmetiMüsahibimiz Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevdir

“Bizim sərhədlərimiz lazımi səviyyədə qorunmasa, Azərbaycanın gələcəyini, müstəqilliyini istəməyən qüvvələrin qarşısına möhkəm sədd qoyulmasa, uğurlarımız şübhə altına düşə bilər. Ona görə də təhlükəsizliyin təmin olunması, sabitliyin saxlanılması, əmin-amanlığın, asayişin davam etdirilməsi bizim inkişafımız üçün başlıca şərtdir”.

İlham ƏLİYEV

– Cənab general-polkovnik, sərhədçilərimizin bayramı həm də xalqımızın bayramıdır. Sərhədlərimizin yüksək səviyyədə qorunması xalqımızın əmin-amanlıq şəraitində yaşamasına, ölkədə sabitliyin qorunmasına xidmət edir.
– Çox sağ olun. Müasir tariximizin yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu, bu dövlətin müstəqilliyini əbədi və dönməz edən ulu öndər Heydər Əliyev 2000-ci ilin avqust ayının 16-da imzaladığı fərmanla avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi təsbit etmişdir. Böyük dövlət xadimi bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin kökləri olduğunu bir daha göstərmişdir. Hesab edirəm ki, 18 avqust yalnız sərhədçilərimizin deyil, bütün xalqımızın bayramıdır. Sərhədlərimizin yüksək səviyyədə qorunması xalqımızın əmin-amanlıq şəraitində yaşamasına təminat yaradan əsas amillərdən biridir. Dövlətçiliyin mühüm atributlarından olan sərhədimizin öz ölkəmizin vətəndaşları, milli sərhədçilərimiz tərəfindən qorunması müstəqilliyimizi daha da möhkəmlədir və hər birimizdə qürur hissi yaradır.
– Sərhədçilərimizdən söz düşmüşkən, istərdik ki, sərhədçi kadrların hazırlanması prosesi barədə oxucularımıza məlumat verəsiniz.
– Kadr hazırlığı xidmətimizin fəaliyyətində çox əhəmiyyətli və xüsusi diqqət yetirilən sahədir. Bu da təbiidir. Peşəkar, bacarıqlı, savadlı kadrlar olmadan həyatın heç bir sahəsində uğur qazanmaq olmaz. Peşəkar kadrlar olmadan sərhəd xidmətini yüksək səviyyədə təşkil etmək çox çətindir. Azərbaycan sərhəd mühafizəsi müstəqilliyimizin ilk illərində bu çətinliklərlə üz-üzə qalıb. Bilirsiniz ki, sovet dövründə ölkəmizin yalnız cənub sərhədlərində sərhəd infrastrukturu var idi. Həmin sərhədləri isə sovet qoşunları mühafizə edirdi və sərhədçi kadrlar arasında azərbaycanlılar çox az idi. Ümumiyyətlə, sovet qoşunlarında hərbçi azərbaycanlılar azlıq təşkil etmişdir. Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hələ sovet dövründə milli hərbçi kadrların yetişdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Respublikamızda C.Naxçıvanski adına hərbi liseyin yaradılması və hər il yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərinə təhsilə göndərilməsi müstəqillik dövrünə hesablanmış böyük strateji addımlar olmuşdur. Ulu öndər sovet ordusunda, o cümlədən sərhəd qoşunlarında azərbaycanlı zabitlərin irəli çəkilməsinə, onlara yüksək hərbi rütbələrin verilməsinə xüsusi diqqət yetirmişdir. Bütün bunlar dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizin təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Uzaqgörən dövlət xadiminin diqqət və qayğısı sayəsində sovet dövründə hazırlanmış hərbçilər müstəqillik illərində hərbçi kadrların hazırlanmasında böyük rol oynadı. Necə deyərlər, kadrları da kadrlar hazırlayır. Əgər ulu öndər tərəfindən sovet dövründə bu addımlar atılmasaydı, müstəqillik illərində ölkəmizin müdafiəsinin, sərhədlərinin mühafizəsinin təmin edilməsi bəlkə də mümkün olmayacaqdı.
Kadr hazırlığı məsələləri müstəqillik illərində də dahi dövlət xadiminin daim diqqət mərkəzində idi. 1993-cü ildə xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərin müdrikliyi sayəsində dövlət sərhədinin mühafizəsində də yeni mərhələ başlandı. Dövlət sərhədlərinin mühafizəsi məsələlərinə göstərilən diqqət və qayğı sayəsində cənub sərhədlərində dağıdılmış sərhəd infrastrukturunun bərpası, ölkənin şimal və şimal-qərb sərhədlərində sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. XX əsrin 60-cı illərinin ikinci yarısından etibarən həyata keçirilən kadr siyasəti sayəsində SSRİ sərhəd qoşunlarında məsul vəzifələrə yüksəlmiş milli sərhədçi kadrlar xidmətə cəlb edildi və peşəkar sərhədçilərin təcrübəsindən geniş istifadə olunmağa başlanıldı.
Keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında xidmət edən azərbaycanlı zabitlərin başqa millətlərlə müqayisədə azlıq təşkil etməsi yeni yaradılmış sərhəd mühafizəsinin sərhədçi zabitlərlə komplektləşdirilməsində çox böyük problemə çevrilmişdi. Bu işdə Cəmşid Naxçıvanski adına hərbi internat məktəbin yetirmələri köməyə çatdı. Eyni zamanda SSRİ Sərhəd Qoşunlarında xidmət edən azərbaycanlı zabit və gizirlərin, demək olar ki, hamısı könüllü olaraq Azərbaycan sərhəd mühafizəsində xidmətə daxil oldu. Lakin bu, mövcud tələbatı tam ödəmirdi. Odur ki, ehtiyatda olan zabitlər, eləcə də digər hərbi mükəlləfiyyətli vətəndaşlar könüllü olaraq xidmət etmək üçün sərhəd mühafizəsində həqiqi hərbi xidmətə qəbul edildilər.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin noyabr ayının 2-də radio və televiziya ilə xalqa tarixi müraciəti sərhəd mühafizəsinin də möhkəmlənməsi yolunda dövlət proqramına çevrildi. Xalqın vətənpərvər oğulları müstəqil respublikamızın sərhədlərini qorumaq üçün müraciət etdilər. Əlbəttə, ilk vaxtlar təcrübəsizlik, ixtisaslı zabitlərin çatışmaması müəyyən çətinliklər yaratdı. Lakin mülki həyatdan gəlmiş zabit və gizirlər müəyyən müddət ərzində sərhədçi peşəsinə yiyələnə bildilər. Tədricən qoşunların kadr potensialı yaranmağa başladı. Vicdanla, namusla, nümunəvi qaydada xidmət edən zabit, gizir və əsgərlərin sayı artdı.
1992-ci ildən Müdafiə Nazirliyinin tabeliyində olan Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbində sərhədçi zabitlərin hazırlanmasına başlanıldı. Məktəbin tədris prosesində sərhəd mühafizəsinin spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması, sərhədçi zabitlərin peşə və mənəvi-psixoloji hazırlıqlarının lazımi səviyyədə olmaması son nəticədə dövlət sərhədinin etibarlı mühafizəsinə mənfi təsir göstərirdi. Bunları nəzərə alaraq ulu öndər 1998-ci ilin dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman verdi. Akademiyada yaradılmış Sərhəd Qoşunları fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı.
Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ilin avqust ayında kadrların hazırlanması və təkmilləşdirilməsi kursları yaradıldı. 2005-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin tədris mərkəzi, gizirlər məktəbi, həmçinin sahil mühafizəsinin tədris mərkəzi fəaliyyətə başladı. Xarici dil və miqrasiya kurslarında miqrasiya sahəsində qanunvericilik, sərhəd nəzarəti üzrə normativ hüquqi aktlar, müasir informasiya texnologiyalarının imkanlarından istifadə qaydaları, sərhəd keçid məntəqələrində pasport nəzarətinin həyata keçirilməsi qaydaları və xarici dillər tədris olunur.
Milli sərhədçi kadrların hazırlanması sərhəd təhlükəsizliyinə böyük önəm verən və bu xidmətə qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Cənab Ali Baş Komandan 2007-ci ilin iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncam imzaladı. 2008-ci ilin avqust ayında ilk kursantlar akademiyaya qəbul olundular. 2008-ci il noyabr ayının 27-də akademiyanın böyük səhra təlim mərkəzi istifadəyə verildi. Həmin mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır.
2010-cu ilin avqust ayının 10-da Dövlət Sərhəd Xidmətinin akademiya kompleksi istifadəyə verildi və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi. Akademiyada kursantların sərhədçi peşəsinə yiyələnmələri, fiziki hazırlıqlarının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili üçün bütün şərait yaradılmışdır. Bu il ənənəvi olaraq Dövlət Bayrağı meydanında akademiyanın məzunlarının dördüncü buraxılış mərasimi keçirildi. Qeyd etməliyəm ki, bu il ilk dəfə olaraq dənizçi və aviasiya ixtisasları üzrə akademiyanı bitirmiş zabitlər də ölkəmizin sərhəd mühafizəsində xidmətə başlayıblar.
Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ildə istifadəyə verilmiş və açılış mərasimində Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin bu il ilk buraxılışı olmuşdur.
Ümumiyyətlə, uğurla həyata keçirilən kadr hazırlığı prosesi deməyə əsas verir ki, ölkəmizdə savadlı, intizamlı, məsuliyyətli, vətəni və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi işini peşəkarlıqla təşkil edə bilən yeni sərhədçi nəsil yetişməkdədir.
– Cənab general-polkovnik, son vaxtlar ölkəmizin sərhəd mühafizəsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlarda “ilk dəfə” sözlərinə tez-tez rast gəlirik. İlk məzunlardan danışdınız. Xatırlayıram ki, ölkəmizin Silahlı Qüvvələrində ilk dəfə “Valideyn günləri”nin keçirilməsi, Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi, tək cütlük və iki cütlük tərkibində dövlət sərhəd xətti üzrə uçuşların həyata keçirilməsi…
– Ulu öndər Heydər Əliyevin milli inkişaf siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ilk Avropa Oyunlarına evsahibliyi etməsi çox böyük tarixi hadisə kimi dünyanın idman salnaməsinə yazıldı, dövlətimizin qüdrətinin, xalqımızın tarixinin, mədəniyyətinin, incəsənətinin tərənnümünə çevrildi.
Cənab Ali Baş Komandanın göstərdiyi ali diqqət və qayğı sayəsində bu gün Azərbaycan Sərhəd Mühafizəsi davamlı inkişafa nail olmuş, vətənimizin hüdudlarının yüksək səviyyədə qorunması təmin edilmiş, dünya standartlarına tam cavab verən, texniki cəhətdən ən müasir səviyyədə təmin olunmuş sərhəd infrastrukturu yaradılmışdır və xidmətin təkmilləşdirilməsi mərhələsi uğurla həyata keçirilməkdədir. Döyüş, mənəvi-psixoloji və fiziki hazırlıq daim yüksək səviyyədə saxlanılır. Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır. Sürətli inkişaf zamanı hansısa prosesin ilk dəfə olması təbii bir haldır.
– İlk Avropa Oyunları zamanı sərhədlərimiz necə mühafizə olunurdu? Bu Oyunlarda sərhədçi idmançılar hansı uğurları qazandılar?
– I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi barədə qərar qəbul olunduğu ilk gündən bu mötəbər tədbirə Dövlət Sərhəd Xidmətində də hazırlıq işlərinə başlanıldı. Respublikamıza gələn qonaqların ilk qarşılaşdığı şəxslər sərhədçilər olduğundan ölkəmiz və onun vətəndaşları haqqında ilk təəssürat məhz bu görüş zamanı yaranır. Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşları, hər bir sərhədçi bunun məsuliyyətini dərindən dərk edir.
Dövlət Sərhəd Xidmətinin nümayəndələri I Avropa Oyunları Əməliyyat Komitəsinin iclaslarında fəal iştirak etmişlər. Ölkəmizə gələn idmançıların və xarici qonaqların dövlət sərhədindən rahat şəkildə keçməsinin, həmçinin Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər müəyyənləşdirildi və məsuliyyətlə icra olundu. Əsas diqqət dövlət sərhədindən buraxılış məntəqələrində xidmət edən nəzarətçi heyətin peşəkarlığının yüksəldilməsinə, sərhəd nəzarətinin səmərəliliyini artırmaq məqsədilə sərhəd nəzarəti məntəqələrinin ən müasir texniki vasitələrlə təminatına, xüsusi dövrdə etibarlı sərhəd nəzarətinin həyata keçirilməsinin təmin edilməsinə yönəldildi. Azərbaycan Respub-likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və dəstəyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin rəhbərliyi ilə yay olimpiya oyunları səviyyəsində, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçirilən yarışlar zamanı ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olundu.
Ölkəmizdə idmanın inkişafına göstərilən yüksək qayğı sayəsində sərhədçi idmançılar arasında da peşəkarların sayı ildən-ilə artır və onlar ölkəmizin idman şərəfini mötəbər idman yarışlarında ləyaqətlə qoruyurlar. İlk Avropa Oyunlarında sərhədçi idmançılar Rəsul Çunayev yunan-Roma güləş növü üzrə qızıl, Vasif Səfərbəyov isə sambo üzrə gümüş medal qazanmışdır.
– Ölkəmizin sərhədçiləri öz peşə bayramlarını necə qarşılayırlar?
– Sərhədçilər bu il də peşə bayramlarını xidmətdə qazanılmış böyük nailiyyətlərlə, yüksək əhvali-ruhiyyə ilə qarşılayırlar. Azərbaycan sərhəd mühafizəsinin yaradılmasının 96 illiyi münasibətilə hazırlanmış tədbirlər planına əsasən bütün hərbi hissələrdə geniş hazırlıq işləri görülmüş, sərhəd dəstələrində, hərbi hissə və bölmələrdə, sərhəd zastavalarında, yerli hakimiyyət orqanlarının nümayəndələrinin, ictimaiyyətin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlər sırasında “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzusunda konfransların keçirilməsi, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərhəd mühafizəsinə göstərdikləri diqqət və qayğını əks etdirən filmlərin hazırlanaraq nümayiş etdirilməsi, xidmətdə yüksək nəticələr qazanmış sərhədçilərin “Heydər Əliyev zirvəsi”nə və “İlham Əliyev zirvəsi”nə yürüşü xüsusi yer tutur.
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən bədii ədəbiyyat, televiziya filmi, təsviri sənət, qəzet məqaləsi və inşa yazı üzrə ümumrespublika müsabiqələrində peşəkar və həvəskar rəssamlar, yazıçı və şairlər, jurnalistlər, tələbələr, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri böyük maraqla iştirak etmişlər.
– Azərbaycanın sərhəd mühafizəsinin təkmilləşdirilməsi prosesi necə gedir?
– Ölkəmizdəki sosial-iqtisadi, mədəni inkişaf sürətləndikcə Dövlət Sərhəd Xidməti qarşısında duran vəzifələr daha məsuliyyətli xarakter dayışır. Bu vəzifələrin yerinə yetirilməsi isə öz növbəsində təkmilləşmə proseslərinin ardıcıl xarakter daşımasını zəruri edir. Aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilmiş, maddi-texniki baza xeyli möhkəmləndirilmiş, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmışdır. Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilmiş, 342 xidməti mənzil istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılmış və cari ildə inşaat işləri başa çatdırılmışdır. Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarına verilməsi nəzərdə tutulmuşdur.
Sərhəd məntəqələrində bir neçə ildir səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, Dövlət Sərhəd Xidmətində rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə imkanlarına malik vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Ölkəmizin sərhəd təhlükəsizliyinin fiziki üsulla yox, əməliyyat və texniki yolla təmin olunması istiqamətində mühüm işlər görülür.
Cənab Prezidentin qətiyyəti və iradəsi sayəsində ölkəmiz MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilmişdir. Kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaratmışdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarının tətbiqinə başlanılmışdır.
Cənab Prezidentin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahəsində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər müvəffəqiyyətlə davam etdirilir. Cənab Prezidentin iştirakı ilə keçən il istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir. Zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir və nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir. Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaqdır.
– Bəs xarici ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq məsələləri hansı prinsiplər üzrə həyata keçirilir?
– Xarici dövlətlərin sərhəd mühafizə orqanları ilə sıx əlaqələr mövcuddur və hal-hazırda bu əlaqələr inkişaf etməkdədir. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində ölkəmizin sərhəd mühafizəsi dünya ölkələrinin müvafiq qurumları arasında xüsusi nüfuz qazanıb.
İlk növbədə dost qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə olması sərhədlərimizin mühafizəsinin təmin olunmasında mühüm rol oynayır. Gürcüstan sərhəd xidməti ilə qarşılıqlı anlaşma və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə təlim-tədris, aviasiya və hərbi tibb, habelə çevik qüvvələrin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində əməkdaşlıq münasibətləri inkişaf edir. İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Polisi ilə münasibətlər yüksələn xətlə inkişaf et-məkdədir. İki dövlət arasındakı sərhəd məsələləri barədə mütəmadi olaraq müzakirələr keçirilir. Son illərdə Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında qarşılıqlı əlaqə xeyli güclənmişdir. Azərbaycan-Rusiya dövlət sərhədlərinin müəyyənləşdirilməsi üzrə dövlətlərarası delimitasiya komissiyasının işi yekunlaşdırılmış, 2010-cu ildə iki ölkə arasında “Dövlət sərhədi haqqında” saziş imzalanmışdır. Bakı və Rusiya Federasiyası şəhərlərinin beynəlxalq hava limanlarının sərhəd nəzarəti bölmələri ilə sərhəd əməkdaşlığı yaradılmışdır və bu əlaqələr inkişaf etməkdədir.
Xəzər dənizində transsərhəd mütəşəkkil cinayətkarlığın qarşısının alınması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, Transxəzər iqtisadi layihələrin həyata keçirilməsi məqsədilə Rusiya, Qazaxıstan və Türkmənistanın sərhəd qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri inkişaf etməkdədir.
Dünya dövlətlərinin müvafiq qurumları ilə qarşılıqlı faydalılıq əsasında işgüzar əlaqələrin yaradılması dövlət sərhədlərimizin mühafizəsinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə, Transxəzər iqtisadi layihələrin həyata keçirilməsinə, neft-qaz ixrac-boru kəmərlərinin sərhəd boyu zolaqdan keçən hissələrinin mühafizəsinin təşkilinə, TRASEKA, Şərq-Qərb və GUAM dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi kimi mühüm sahələrə, sərhəddə mövcud olan problemlərin aradan qaldırılmasına müsbət təsir göstərir. Hazırda Dövlət Sərhəd Xidmətinin inkişaf etmiş Qərb dövlətləri, NATO, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə uğurlu əməkdaşlıq əlaqələri var. Bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) bəzi işçi qrupunun iclasları Bakı şəhərində keçirilir.
Qeyd olunmalıdır ki, qarşılıqlı faydalılıq əsasında qurulan əlaqələr kadrların hazırlanması işində də öz müsbət nəticələrini verir. Azərbaycan sərhədçiləri xarici ölkələrdə kurslara, treninqlərə göndərilirlər ki, bu da onların peşəkarlıq səviyyəsinin artmasına kömək edir. Eyni zamanda, xarici dövlətlərin sərhədçiləri Azərbaycana gəlir, ölkəmizin sərhəd mühafizəsinin qazandığı təcrübədən faydalanırlar. Dövlət Sərhəd Xidmətinin Akademiyası xarici dövlətlərin ölkə hüdudlarının mühafizəsi üçün mütəxəssislər hazırlayan beynəlxalq tədris mərkəzinə çevrilməkdədir. Ötən il akademiyada Səudiyyə Ərəbistanı Krallığının yüksək rütbəli zabitləri üçün kurslar təşkil olundu. Hazırda bir neçə MDB üzv dövlətlərinin, Əfqanıstan və İraqın sərhəd xidmətləri tərəfindən bu ölkələrin hərbi qulluqçularının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları barədə müraciətlər olmuşdur ki, bu istiqamətdə danışıqlar davam etdirilir.
– Azərbaycanın sərhədlərinin mühafizəsi səviyyəsini necə qiymətləndirirsiniz?
– Qeyd etdiyim kimi, Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə davam etməkdədir. Relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq, Azərbaycanın quru və su sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, ən müasir texniki vasitələrin istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır.
Bu gün hər bir Azərbaycan sərhədçisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qururludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir.
Azərbaycan Sərhəd Mühafizəsi öz gələcəyinə nikbinliklə baxır. Bu nikbinlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır.

Müsahibəni apardı:
Amil NOVRUZOV,
“Azərbaycan” qəzeti 18 avqust, 2015-ci il

Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”

 

Elxan suleymanov24-27 avqust 2015-ci il tarixlərində “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin Azərbaycana növbəti səfəri baş tutacaqdır.  Məruzəçi 5 nəfərlik nümayəndə heyəti ilə ölkəmizə gəlir. Nümayəndə heyətinə müstəqil ekspert Styliani Lydia Vamvakeriou da daxildir. Səfər zamanı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Su Ehtiyatları Dövlət Agentliyində, eləcə də AŞPA-dakı milli nümayəndə heyətinin üzvləri,  Dünya Bankının Azərbaycan Ofisinin nümayəndələri və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri ilə görüşlər planlaşdırılır. Məruzəçi avqustun 26-sı regiona, Sərsəng su anbarının təsiri altında olan rayonlara səfər edəcək, müvafiq qurumlarla, yerli icma ilə görüşlər keçirəcək və Sərsəng su anbarının yerli sosial-iqtisadi duruma təsiri vəziyyətini araşdıracaqdır.