Millət vəkili Elxan Süleymanov: “Ermənilərlə mübarizə həm səngərdə, döyüş meydanında, həm də intellektual müstəvidə aparılmalıdır”.
AVCİYA-nın aprelin 6-da start verdiyi “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” petisiya layihəsi səsvermə üçün ayrılan bir aylıq müddətin yarısını artıq geridə qoydu. Bu müddət ərzində müxtəlif rayonlarda, qabaqcıl təhsil müəssisələrində görüşlər keçirildi, səsvermə prosesinin qaydaları başa salındı. Petisiya ilə bağlı növbəti tədbir Azərbaycan Dövlət Tibb Universitetində keçirildi.