
Aprel ayının 21-də Qafqaz Universitetində həmin universitetin Qarabağ Tədqiqatları Mərkəzi, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyev-heritage.org) təşkilatçılığı ilə “1905.az” portalının Diskussiya Klubunun “Böyük yalanın 100 illiyi” adlı növbəti toplantısı oldu. Dəyirmi Masanı giriş sözü ilə Qarabağ Tədqiqatları Mərkəzinin rəhbəri Bilal Dədəyev açaraq, ermənilərin bölgəyə gəlmə tarixindən, qondarma erməni soyqırımın meydana çıxma səbəblərindən bəhs etdi.