HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Prezident: “Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır”

prezident_gorush_1-1905

“Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə,Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik”.

Roma Papası: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”

a3700e4a20f44249494e7b1b003f74d9

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə yol sülh danışıqlarıdır.

APA-nın xəbərinə görə, bu barədə Roma Papasının rəsmi saytı xəbər verib.

Roma Papası Fransisk regiona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında sülh danışıqlarının aparılmasıdır.

1993-cü il, 3 oktyabr: Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı

14754654805722063022_1000x669

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Elxan Süleymanov: Avronest PA ilə əməkdaşlığın bərpası ilə ölkəmizə qarşı siyasi təzyiqlərin yeni dalğası başlayacaq

Elxan Süleymanov

Avronest PA Aİ-nin Şərq Tərəfdaşlığı proqramının ən uğursuzluğa uğramış və xələl gətirən bir təsisatıdır. Bu təsisat beynəlxalq dialoq üçün yeni platformalar yaratmaq cəhdi idi. Lakin qərarsızlıq, qərəzli diskurs və ikili standartlar bu təsisatı yararsız bir quruma çevirdi. Avronest PA Aİ-nin köməyi ilə Şərq Tərəfdaşlığı ölkələrinə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) təsir göstərən əsas problemlərin ümumi həll yolunu tapmaq əvəzinə, heç bir nəticəsi və icraat qüvvəsi olmayan sonsuz qeyri-müvafiq müzakirələrlə məşğuldur.