HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Güləşçimiz Mariya Stadnik “Rio-2016”da gümüş medal qazanıb

14714683775633131045_1000x669

Avqustun 17-də Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən güləşçimiz dörddəbir finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçimiz yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

1905.az portalının direktorunun yeni kitabı nəşr olunub

_MG_9854

Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevin “Banqladeşin yaşıdı” adlı kitabı işıq görüb. Kitabda müəllifin 2013-2016-cı illərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.avciya.az və www.1905.az saytlarında dərc edilmiş publisistik yazılarının bir qismi toplanıb.

Yazıçı, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Natiq Məmmədlinin ön söz yazdığı kitab Böyük Jurnalist Tofiq Rüstəmovun işıqlı xatirəsinə ithaf olunub.

“Rio-2016”da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıb

14711882564572822992_1000x669

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb.

Əmirxan Məmmədvəliyev: “Müəllif özü həyatda deyilsə, işi də ölməməlidir.”

bsumozikassh
Bakı Slavyan Universitetinin binasının fasadındakı mozaika -portretlər sökülməzdən əvvəl.

Bu günlərdə Bakı Slavyan Universitetinin binasının fasadını 1972-ci ildən bəri bəzəyən mozaika-portretlərin sökülməsinin şahidi olduq. Bu hadisəylə bağlı tanınmış mozaika ustası, bir sıra əsərlərin o cümlədən, Ağdam Çörək Muzeyinin fasadındakı mozaikanın müəllifi rəssam Əmirxan Məmmədvəliyevin fikirlərini öyrəndik:

_MG_9795

“Sözügedən mozaikanın müəllifi rəhmətlik Elmas Hüseynov idi. Belə bir söküntü işi eləməzdən əvvəl ən adi etik normalar tələb edir ki, müəlliflə məsləhətləşəsən. Bu halda, yəni müəllif dünyasını dəyişdiyindən peşəkarlara üz tutmaq lazım idi. Müəllif özü həyatda deyilsə, işi də ölməməlidir.”

1111-9
Bakı Slavyan Universitetinin binasının fasadındakı mozaika -portretlər söküntü işləri aparılarkən

Ə.Məmmədvəliyev onu da qeyd etdi ki, hər bir  mozaika əsərində olduğu kimi bu əsərin də eskiz layihəsi  olub. Həmin eskiz layihəsinə və ya fotoya baxaraq onu bərpa etmək mümkündür.

Bu hadisədən təsirləndiyini gizlətməyən rəssam Azərbaycanda mozaika məktəbinin hələ də mövcud olduğunu xatırlatdı.

1905.az