Dekabrın 23-də Bakıda, “Ambassador” otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransı giriş sözü ilə AVCİYA-nın eksperti Şahin Camalov açdı. AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov konfrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması AVCİYA-nın fəaliyyətinin ana xəttini təşkil edir. Bir neçə il öncə AVCİYA-nın Xocalı soyqırımı ilə bağlı keçirdiyi “Milyon imza – bir tələb” kampaniyası bu təşkilatın ən mühüm işlərindəndir. Bir neçə il öncə isə AVCİYA Sərsəng su anbarı ilə bağlı məsələni beynəlxalq platformaya daşıdı. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun böyük səyi nəticəsində problemlə bağlı qətnamə layihəsi hazırlandı və qəbul edildi. Qətnamədə lk dəfə olaraq Azərbaycan ərazilərinin işğalı faktı vurğulanır və bu, diplomatiyamızın ən böyük uğurlarındandır.
Dekabrın 21-də Bakıda “İrəvan – gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Ankarada Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun qətlə yetirilməsi hadisəsini Roma Tor Vergata Universitetinin tədqiqatçısı, ASRIE təşkilatının direktoru Culiano Bifolki 1905.az portalı üçün şərh edir:
Hörmətli Vladimir Vladimiroviç,
Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı.
Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2016-cı il.
Dekabrın 19-da Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “Şamaxı – Azərbaycanda multikulturalizm nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirildi.