HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Professor Əli Həsənovun üçcildlik əsəri Türkiyədə çapdan çıxıb

1477663889805058933_1000x669Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrini reallaşdırır. Bütün bu və digər vəzifələr hər bir ölkənin müvafiq rəsmi strukturlarından, siyasi və elmi dairələrindən geniş geosiyasi tədqiqatların və strateji araşdırmaların aparılmasını, müxtəlif analitik geosiyasi mərkəzlərin yaradılmasını, dərsliklərin və elmi monoqrafiyaların hazırlanmasını və çap edilməsini zəruri edir.

Prezident İlham Əliyev: “Ermənistan sülh istəmir”

970863f7a7de6491e97e045054f62e2a

Beynəlxalq ictimaiyyət Ermənistanı bizə məxsus olan əraziləri heç bir şərt irəli sürmədən geri qaytarmağa məcbur etməlidir

“Xorvatiya prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdik”.

İlham Əliyevin S.Sarkisyan üzərində yeni diplomatik qələbəsi

ilham-aliyev

Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının son iclası Ermənistanın məğlubiyyəti ilə nəticələndi

Azərbaycan diplomatiyasının beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi və bu sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır. Bunun daha bir real təsdiqi Yerevanda Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda baş tutan son iclasında oldu. Ermənistan bu iclas zamanı təşkilata üzv ölkələrdən özünün Qarabağ siyasətinə dəstək gözləsə də, bunun tamamilə əksi baş verdi. Belə məlum oldu ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında yer alan ölkələr Ermənistandan daha çox təşkilata üzv olmayan Azərbaycanın mövqeyi ilə hesablaşmağa üstünlük verirlər. Bu hal Qarabağ məsələsi ilə bağlı da özünü qabarıq büruzə verir.

İlham Əliyev: “Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar ola bilər”

407395237

Azərbaycan Prezidenti: “Ərazi bütövlüyümüz kompromis mövzusu ola bilməz. Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.

“PERESTROYKA” VƏ POSTSOVET MƏKANINDA SİLAHLI MÜNAQİŞƏLƏR: SƏBƏB VƏ NƏTİCƏ?!

Fuad Babayev

AMEA-nın doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belorusiya dövlət başçıları Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç tərəfindən “Belovejskaya Puşşa” adlanan yerdə, Viskuli bağ evində Sovet İttifaqının mövcudluğuna xitam verən müqavilə imzalandı. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçov SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verdi. Yeni mərhələ – postsovet dövrü başlandı.

Bu həm də Qorbaçovun “perestroyka”sının – tarixin uğursuz siyasi eksperimentlər arxivində layiqli yerini çoxdan tutmuş “layihə”nin sonu oldu. “Perestroyka”nın yaratdığı miqyaslı böhranın dövlətçiliyin parçalanmasına, ölkənin iqtisadi sisteminin dağılmasına  və social-mənəvi sferanın tənəzzülünə gətirib çıxarması artıq hamıya məlumdur. (1; 236) Ölkənin rəsmi inkişaf kursu kimi elan edilmiş “perestroyka”nın ilk iki ümumdövlət kampaniyası – sərxoşluqla və zəhmətsiz gəlirlərlə  mübarizə kampaniyalarının yumşaq desək arzuolunan nəticələri vermədiyini çoxları xatırlayır. Əlbəttə, bu  1985-91-ci illərdə adıçəkilən “layihə” çərçivəsində atılan uğursuz addımlardan bəziləridir.